
- A-
- A
- A+
ABŞ-da yaşayan Elariz: “Yaxşı ki, toylar var, yoxsa evdən bayıra çıxmarıq – VİDEO
İllər əvvəl xanımının udduğu “Green card”la ABŞ-a köçən müğənni Elariz Məmmədoğlu orada tez-tez toylara getdiyini deyib.
Bizim.Media xəbər verir ki, sənətçi yaşadığı Nyu-York şəhərindən Kaliforniya ştatına uçan zamanı təyyarədə çəkdiyi videosunu sosial şəbəkə hesabında paylaşaraq, el şənliyinə getdiyini açıqlayıb.
“Yaxşı ki, toylar var, bizi ora-bura dəvət edirlər. Yoxsa evdən bayıra çıxmarıq, bütün günü oturarıq evdə. Allaha şükür" sözlərini söyləyib.
Qeyd edək ki, aylar əvvəl E.Məmmədoğlu Nyu-Yorkda “Baku nights” adlı restoran açaraq orada keçirilən şənliklərdə iştirak etdiyinin görüntülərini yayımlayırdı. Lakin müğənnin “İnstagram” hesabını diqqətlə incəliyəndə son günlər paylaşımlarının həmin restorandan etmədiyi üzə çıxıb.
Rəşad Əliyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































