Konsertindən öncə səhnəsi çökən TARKAN: “İzmirə gedirəm” - FOTO 

Konsertindən öncə səhnəsi çökən TARKAN: “İzmirə gedirəm” - FOTO 

Hazırda oxunan: Konsertindən öncə səhnəsi çökən TARKAN: “İzmirə gedirəm” - FOTO 
92666
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Türkiyənin meqastarı Tarkan Tevetoğlunun sentyabrın 9-da İzmirin Qurtuluşunun 100 illiyi münasibəti ilə “Gündoğdu” meydanında baş tutacaq konserti üçün hazırlanan səhnə çöküb.  

Bizim.Media xəbər verir ki, baş verən xoşagəlməz hadisə ilə bağlı Tarkan sosial şəbəkə hesabında paylaşım edib.  

“İzmirə gedərkən səhnəmin aşdığı xəbərini aldım. Çox üzüldüm, amma hadisədə ölən və yaralanan olmadığına görə çox sevindim.

Konsertin hazırlanması üçün çalışan hər kəsin və komanda yoldaşlarımın yaxşı olduğunu bilmək məni çox sevindirdi.

Bu arada mən yoldayam. İzmirə gedirəm. Bu konsertin gerçəkləşməsi üçün əlimizdən nə gəlirsə edəcəyik” – deyə T.Tevetoğlu yazıb.  

Rəşad Əliyev, Bizim.Media


Konsertindən öncə səhnəsi çökən TARKAN: “İzmirə gedirəm” - FOTO  - foto 1
Konsertindən öncə səhnəsi çökən TARKAN: “İzmirə gedirəm” - FOTO  - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO