Müğənni Azad Şabanov həyat yoldaşı Tamara ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında xanımının doğum günü münasibəti ilə təbrik postu paylaşıb.
“Mənim arzum idin və gerçək oldun. Bizim arzularımız birdir və qismətin payı ilə öz yerinə gəlir. Hər uğurumuza və çətinliklərimizə şükür. Təki sən yanımda sağlam olasan, diqqətimi gözləyəsən, arada məndən inciyəsən.
Fikirlərimi, hər baxışımı bilənim, məni hamıdan yaxşı tanıyan gözəlim. Mənim incə zərif qızım, üzün həmişə gülsün, gözlərin daima parıldasın. Xoşbəxt ol. Ad günün mübarək sevgim” – deyə, A.Şabanov paylaşımına şərh yazıb.
Qeyd edək ki, A.Şabanov Tamilla ilə 2019-cu ildə ailə qurub. Cütlüyün 2022-ci ildə Pənah Əli, 2021-ci ildə isə Səid Əli adlı oğulları dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:19 / 02.09.2022
Azaddan xanımına TƏBRİK MESAJI: “Hər baxışımı bilənim, incə zərif qızım” – FOTO
Hazırda oxunan: Azaddan xanımına TƏBRİK MESAJI: “Hər baxışımı bilənim, incə zərif qızım” – FOTO
Hazırda oxunan: Azaddan xanımına TƏBRİK MESAJI: “Hər baxışımı bilənim, incə zərif qızım” – FOTO
91682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.