Uzun aradan sonra Gülay ilə Kamil BİR ARADA GÖRÜNTÜLƏNDİ - VİDEO  

Uzun aradan sonra Gülay ilə Kamil BİR ARADA GÖRÜNTÜLƏNDİ - VİDEO  

Hazırda oxunan: Uzun aradan sonra Gülay ilə Kamil BİR ARADA GÖRÜNTÜLƏNDİ - VİDEO  

90659

Məkanların birində konsert proqramı ilə çıxış edən müğənni Gülay Zeynallı uzun aradan sonra fitnes məşqçi həyat yoldaşı Kamil Zeynallı ilə bir araya gəlib.  

Bizim.Media xəbər verir ki, cütlüyün birgə videosunu prodüser Tarix Əliyev sosial şəbəkə hesabında paylaşıb.  

Gülay "Yarım Gilə" mahnısını ifa edən zamanı Kamilin dostları ilə birgə əyləşdiyi masaya yaxınlaşaraq onu salamlayıb. Cütlüyün bir-birinə olan isti münasibəti yayımlanan kadrlarda öz əksini tapıb. Kamildən savayı konsertdə həmçinin Gülayın öz anası və qaynanası da iştirak edib.  
Qeyd edək ki, Gülay ilə Kamil Zeynallı 2010-cu ildə ailə qurub. Cütlüyün Sahilə adlı qızı var. Kamil ilə Gülayın boşanması ilə bağlı xəbərlər yayılsa da, onlar bu haqda heç bir açıqlama verməyib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO