Rəqsanə əri ilə övladını TƏHLÜKƏYƏ ATDI - ANBAAN VİDEO

Rəqsanə əri ilə övladını TƏHLÜKƏYƏ ATDI - ANBAAN VİDEO

Hazırda oxunan: Rəqsanə əri ilə övladını TƏHLÜKƏYƏ ATDI - ANBAAN VİDEO

84328

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın sosial şəbəkə hesabında paylaşdığı video müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, görüntülərdə sükan arxasındakı həyat yoldaşı Fazil Əmiraslanovun qucağında oturduğu və bir əli ilə saxladığı oğlu Məhəmməd Əli əks olunub. 

Kadrlarda atası tərəfindən körpənin həyatının təhlükəyə atılması, eyni zamanda başını avtomobildən çıxartması da diqqətdən yayınmayıb.

Rəqsanənin isə bu hala vecsiz münasibət bəsləməsi sosial şəbəkə əhli tərəfindən qınaqla qarşılanıb.

Xatırladaq ki, R.İsmayılova iyulun 25-də keçiriləcək oğlunun kiçik toyunda media nümayəndələrinin çəkiliş aparmasına icazə verməyəcək. Bununla bərabər, o, məclisdə “dress code” tələbi də irəli sürüb.

Belə ki, qonaqlar məclisə yalnız ağ və qızılı rəngdə geyimdə gələ bilərlər.

Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub. Onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı övladları var.

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO