Aytac Vidadiqızının anası əməliyyat olundu - FOTO

Aytac Vidadiqızının anası əməliyyat olundu - FOTO

Hazırda oxunan: Aytac Vidadiqızının anası əməliyyat olundu - FOTO

82287

Tanınmış müğənni Aytac Vidadiqızının anası əməliyyat olunub. 

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında məlumat verib.

Anasının fotosunu yayımlayan müğənni, "Canım anam, əməliyyatın uğurlu başa çatsın. Bu son əməliyyatın olsun. Ömrün uzun və sağlam olsun" deyə paylaşım edib.

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Aytac Vidadiqızı ilə əlaqə yaradıb. Müğənni anasının ağır əməliyyat keçirdiyini söyləyib.

"Şükürlər olsun, anamın əməliyyatı uğurla başa çatdı. Əməliyyat bir neçə saat çəkdi. Anamın qadın xəstəliyi vardı. İndi özünü daha yaxşı hiss edir".

Qeyd edək ki, Aytac Vidadiqızı mərhum müğənni Vidadi Bərdəlinin qızıdır.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO