Aygün Kazımovanın Günay Musayevanı dodağından öpməsi GÜNDƏM OLDU - VİDEO

Aygün Kazımovanın Günay Musayevanı dodağından öpməsi GÜNDƏM OLDU - VİDEO

Hazırda oxunan: Aygün Kazımovanın Günay Musayevanı dodağından öpməsi GÜNDƏM OLDU - VİDEO

81106

Xalq artisti Aygün Kazımova paylaşımı ilə gündəmi çalxalayıb.

Bizim.Media xəbər verir ki, sənətçi qatıldığı "Baku Fasion Expo 2022" çərçivəsində azərbaycanlı dünya şöhrətli dizayner Rüfət İsmayılın "Kharı Bulbul by Afffair" kolleksiyasının nümayiş gecəsində kulis arxasında podiuma çıxan məşhur model Günay Musayeva ilə fərqli şəkildə görüşüb.

Müğənnini görən model "Diva" deyərək onu uzaqdan salamlayıb. Musayevaya qucaq açan Kazımova onunla dodaq-dodağa öpüşərək, qucaqlaşıb və salamlayıb.

Həmin anları isə Xalq artisti sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Aygün Kazımova illər əvvəl aparıcı Afaq Gəncəli ilə salamlaşaraq, onu dodağından öpmüşdü. Həmin foto ilə ikili məşhur dillərə düşmüşdü. Kazımova bu hərəkətinə "Bir qızım İlqarəni, bir də Afaqı dodağından öpə bilərəm" açıqlama vermişdi.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO