Gülay meydan suladı:

Gülay meydan suladı: "Tanınmış markanın çantasını mən də daşıyıram, Cennifer Lopez də" - VİDEO

Hazırda oxunan: Gülay meydan suladı: "Tanınmış markanın çantasını mən də daşıyıram, Cennifer Lopez də" - VİDEO

79845

"Qarderobumda elə köynəklər var ki, qiyməti 12 və 20 manatdır. İmkanım çatan geyimi alıram".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "MTV maqazin" verilişinə müsahibəsində deyib.  

Sənətçi yerli məşhurların dünya ulduzlarını təqlid etməsinə sərt şəkildə reaksiya bildirib: "Nəinki biz, dünya ulduzları da bir-birindən götürür. Bir tanınmış markanın çantasını mən də daşıyıram, dünya ulduzu Cennifer Lopez də. Bunu niyə söz edib, çıxartmırlar ortalığa? Bu həyat gör-götür dünyasıdır. Kimsə kiməsə baxıb nələrsə götürür. Oxşarlıq ola bilər. Burada problemli bir şey yoxdur".  

Şou-biznesdəki dostluqlardan söz açan G.Zeynallı "daşı atıb, başını tutub". Müğənni həmkarları arasında dostluqları heçə sayıb, heç kimə güvənmədiyini dilə gətirib:

"Son zamanlar elə şeylər gördüm ki, nəinki şou əhlinə, heç kimə bel bağlamaq olmaz. Yalnız gərək özünə, ailənə, övladına, anana güvənəsən".  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO