"Tik-Tok"da iki azərbaycanlı məşhur arasında dava: "Jetonla səni qışqırdırlar..." - VİDEO

Hazırda oxunan: "Tik-Tok"da iki azərbaycanlı məşhur arasında dava: "Jetonla səni qışqırdırlar..." - VİDEO

79290

Aparıcı Azər Zahid ilə rejissor Kənan Mahmudov arasında qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, "Tik-Tok"da oyuna qoşulan ikili arasında gözlənilmədən dava düşüb.

Oyunda uduzan K.Mahmudov davranışı və danışıq tərzi ilə A.Zahidi özündən çıxarıb. 

“Bilirsən ki, gül ağzım açılsa, susmayacam. Mən kiminsə jetonu ilə oturub-durmuşam? Yeri gəlsə hər kəsə, elə sənə də jeton atmışam. Məni başqası ilə səhv salma. Uduzmusansa, qəbul et. Sən bunu qəbul etməyi bacarmırsan”, - deyə Azər qarşı tərəfə sözləri ilə hücüma keçib. 

Kənan isə Azərə qarşılıq verərək, “Rəqəmlər də göstərir ki, uduzmuşam. Təbrik edirəm. İzləyicilərə də təşəkkür edirəm ki, sənə hədiyyə atıblar” fikirləri ilə aranı sakitləşdirməyə çalışıb. 

Azər isə polemikanın sonunda, "Bu sözlərini sənə yaraşdırmadım. Səninlə hər zaman hörmət saxlamışam.
Məni sözlərinlə təhqir edirsən. Məni heç kim nə jetonu, nədə pulu ilə qışqırda bilməz. Lazım olsa mən qışqırdaram. Sənin dediyin sözlər sənin yaşına yaraşmır. Məndən də 6-7 yaş böyüksən" deyə bildirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO