"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Hazırda oxunan: "Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO
641368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Məşhurluq xəyal etdiyim qədər gözəl deyil. Məni küçədə tanıyanda deyirəm ki, səhv salmısınız, o deyiləm. Adi insanlardan fərqim yoxdur. Heç bir işimi bəyənmirəm. Mən də belə biriyəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov “İncə səhər” proqramında deyib.

Aktyor təqaüdə çıxmaq üçün səbirsizləndiyini, mənəvi cəhətdən dincəlmək istədiyini bildirib:

“Təqaüdə çıxmağı gözləyirəm. Dincəlmək istəyirəm, yorulmuşam. Bir il qalıb, dözməliyəm. Gedim dincəlim, balıq tutum, dağlara, çay kənarına gedim. Azad olmaq istəyirəm. Heç kimin yanında borcum, gözükölgəliyim yoxdur. Öhdəliklərimi bitirib daha azad, sərbəst olmaq istəyirəm. Şahin quşu olub uçmaq istəyirəm.

Əvvəl elə bilirdim ki, yaşlı adamların vaxtı gec keçir. Oturub domino oynayırlar, televizora baxırlar. Amma yaş artdıqca görürəm ki, vaxt tez keçir. Həyat mübarizədir, sona qədər davam etdirməliyik. Yorulmuşam... Fiziki yox, mənəvi cəhətdən dincəlmək, rahat olmaq istəyirəm”. (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO