Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Hazırda oxunan: Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO
639503
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb.
 

Bizim.Media xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb.

Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:

“Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkən həm fəxr edirəm, həm qürur duyuram, həm də bir ana kimi kövrəlirəm. Sənin parlaq gələcəyin mənim ən böyük sevincimdir.

Unutma ki, hara getsən də, mənim dualarım, sevgim hər zaman səninlədir. Çətinliklərdən qorxma, hər zaman dik dur və hədəflərinə doğru inamla irəlilə. Özünü qoru, dərslərinə sarıl və hər zaman bizə sənə inanmağın nə qədər doğru olduğunu sübut et. Yolun açıq olsun, gözümün nuru”.

Qeyd edək ki, Damla Amerikada təhsil alan oğlunu aylarla görə bilmədiyini açıqlamışdı.

İfaçı bunun ABŞ səfirliyinin ona viza verməməsi ilə bağlı olduğunu bildirmişdi. Onun sözlərinə görə, bir dəfə viza alsa da, daha sonra səfirlik tərəfindən ona viza verilməsinə qadağa qoyulub. (axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO