Məşhur müğənni Tarkan Atalar Günü münasibətilə duyğusal paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi qızı Liya ilə bağlı hisslərini bölüşərək atalığın həyatında hər şeyi dəyişdirdiyini bildirib.
Tarkan qızını ilk dəfə qucağına aldığı an həyatının məna qazandığını vurğulayıb:
“Liyanı ilk dəfə qucağıma alanda, ürək döyüntüsünü hiss edəndə hər şey dəyişdi. Atalıq hər şeydən üstün, möhtəşəm bir duyğu idi”, - deyə o qeyd edib.
Müğənni övlad böyüdərkən səhvlər etdiyini və mükəmməl valideynliyin olmadığını yazaraq, qızının özünü güvəndə hiss etməsinin, sevgi, hörmət və anlayışla böyüməsinin onun üçün ən vacib məsələ olduğunu bildirib.
Tarkan qızının özünəinamında və həyata cəsarətlə baxmasında pay sahibi olduğunu görməyin onun üçün ən böyük hədiyyə olduğunu qeyd edib. Sənətçi həmçinin, qızının ona “Səni sevirəm, atacan” deyərək sarıldığı anlarda dünyanın ən xoşbəxt insanına çevrildiyini etiraf edib.
Paylaşımının sonunda isə Tarkan bütün ataların bayramını təbrik edib:
“Bu gün övladlarının həyatında sevgisi, əməyi və varlığı ilə iz buraxan bütün ataların Atalar Günü mübarək olsun”. (Axşam.az)

Bizim.Media






























































































