Kadir İnanır reanimasiyaya yerləşdirildi - FOTO

Kadir İnanır reanimasiyaya yerləşdirildi - FOTO

Hazırda oxunan: Kadir İnanır reanimasiyaya yerləşdirildi - FOTO

613394

Türk kinosunun usta simalarından biri olan Kadir İnanır dünən gecə özünü pis hiss edərək xəstəxanaya yerləşdirilib.

Bizim.Media “ensonhaber.com”a istinadla xəbər verir ki, xəstəxanada aktyora edilən ilkin müdaxilədən sonra müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Sənətkarın sağlamlıq vəziyyəti ilə bağlı hələlik xəstəxanadan heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Kadir İnanır 24 mart 2024-cü ildə beynində qan laxtası aşkarlandığı üçün xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsində uzun müddət müalicə alıb.

Aylarla davam edən müalicədən sonra xəstəxanadan buraxılan sənətçi daha sonra ağciyər infeksiyası səbəbindən yenidən xəstəxanalıq olub.

Təxminən bir ildir fizioterapiya alan aktyorun bəzən dostları ilə görüşdüyü görüntülər yayılıb. Bu yaxınlarda onun Coşkun Sabahla çəkdirdiyi foto müzakirə mövzusuna çevrilmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO