"Kişi elə gəzməlidir ki, qadın bilməsin"

"Kişi elə gəzməlidir ki, qadın bilməsin"

Hazırda oxunan: "Kişi elə gəzməlidir ki, qadın bilməsin"
583170
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Ailəm üçün yaşayıram. Fikirləşmirəm ki, gedim hardasa dincəlim. Düşünürəm, ailəmi aparım, dincələk. Heç kimin ailəsini dağıtmıram, başımı salıb rəqsimlə məşğul oluram".

Bizim.Media xəbər verir ki, bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) Youtube-da yayımlanan "Podkast kimi adam" layihəsində deyib. Ailəsindən danışan Renka rəqqasəliyin çətinliklərindən və həyatından söz açıb:

"Toylara getmirəm. Əvvəl gedirdim, sonra yox. Bir dəfə bəylə gəlin yalvardı ki, gəlin, biz istəyirik. Getdim , toyun ortasında baba gəlib musiqini söndürdü ki, bu nədir gətirmisiniz? Bir dəfə də getdim, musiqi kəsildi. Deyirəm, nə oldu? Oğlan tərəf musiqini kəsib. Ona görə də getmirəm. Bir dəfə kişi gəlib ilanımı vurdu. Başqası davulçunun davulunu sındırıb. Ona görə də ancaq qadın məclisinə gedirəm".

Xəyanətdən danışan Renka "Rus kişilər bizimkilərdən çox gəzir. Özü də onlar gizlətmir. Bizdə kişilər xəyanəti gizlədir. Kişi elə gəzməlidir ki, qadın bilməsin. Amma başqasını sevirsənsə, gəl de və get. Mən uşaqlarıma daha çox diqqət ayırırdım, ona görə yoldaşım xəyanət etdi. Tələsməyin ailəni dağıtmağa. Ailədən gözəl bir şey yoxdur" sözlərini əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO