
- A-
- A
- A+
Şoutaym
16:33 / 30.11.2025
1 dəq oxunma
Azərbaycanlı aktyor Qazaxıstanda qəzaya düşdü - FOTO
Hazırda oxunan: Azərbaycanlı aktyor Qazaxıstanda qəzaya düşdü - FOTO
583143
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Aktyor Ruslan Sabirli Qazaxıstanda avtomobil qəzasına düşüb.
Bizim.Media xəbər verir ki, aktyor özü barədə məlumat yayıb.
Sənətçi həmin hadisə barədə bunları deyib:
"Demişdim sizə, Qazaxıstanda gecə trasla maşın sürmək təhlükəlidir. Bu da nəticə: qarşıdan gələn avtomobil uzaq işıqlarını yandırıb deyə sürücümüz yola qəfil çıxan 2 atı görə və vaxtında reaksiya verə bilməyib. Şükür salamatlıqdır.
Burada at əti yeyilir deyə, əksəriyyət at saxlayır və onlar sürü ilə gecələr çöldə gəzirlər. At oğurlamağa görə böyük cərimə olduğu üçün at sahibləri rahatdırlar. Təhlükə isə ondan ibarətdir ki, atlar sürətlə qəfil yola çıxırlar və digər heyvanlardan fərqli olaraq onlar işığa, yəni maşının işığına qaçırlar". (Milli.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






































































































