“Hercai”nin aktrisası plastik əməliyyatdan sonra iflic oldu – FOTO

“Hercai”nin aktrisası plastik əməliyyatdan sonra iflic oldu – FOTO

Hazırda oxunan: “Hercai”nin aktrisası plastik əməliyyatdan sonra iflic oldu – FOTO
253202
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin məşhur “Hercai” serialındakı “Keriman” obrazını canlandıran aktrisa Eylem Tanrıver plastik əməliyyatdan sonra qismən iflic olub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq qalan aktrisa bununla bağlı məhkəməyə üz tutub.

Belə ki, onun görünüşündə dəyişiklik etmək üçün etdirdiyi plastik əməliyyat gözlədiyi kimi alınmayıb. İddialara görə, əməliyyatdan sonra saatlarla yanlış vəziyyətdə saxlanılan aktrisa bu səhlənkarlıq ucbatından nevroloji zədə alıb, nəticədə qismən iflic olub.

O, başına gələn hadisə barədə bu sözləri deyib:
 

“6 saatdan çox davam edən əməliyyatda qalmamalı olduğum bir formada saxlanıldım. Mənə təcili yardım maşını belə ayrılmadı. Öz gücümlə, yaralı və əzilmiş qollarımla evə getməli oldum. Bu səbəbdən peşəmi davam etdirə bilmədim. Xəstəxana rəhbərliyi də mənə dəstək olmadı. Uşağımın ehtiyacları belə qarşılanmadı. İmtahan vaxtı yanında ola bilmədim”.


Qeyd edək ki, “Hercai” serialı 2019-2021-ci illərdə yayımlanıb. Baş rollarını Akın Akınözü ve Ebru Şahin canlandırıblar.

“Hercai”nin aktrisası plastik əməliyyatdan sonra iflic oldu – FOTO - foto 1
“Hercai”nin aktrisası plastik əməliyyatdan sonra iflic oldu – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO