İlkin Zaurun sözlərinə etiraz etdi

İlkin Zaurun sözlərinə etiraz etdi

Hazırda oxunan: İlkin Zaurun sözlərinə etiraz etdi
245156
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Televiziyanı günahlandırılar. Bəzi halda razıyam... Amma sosial media televiziyanın üstünə keçib. Televizoru çoxu açmır. Hamının əlində telefon var. Avtobusda, metroda, maşında hamı əlində telefon gəzir. TikTok-u açırıq onlar gəlir".

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev verilişində deyib. O, bayağı mahnı ifaçılarının verilişlərə dəvət edilməsini tənqid edənlərə cavab verib.

Proqramda qonaq olan Əməkdar artist İlkin Əhmədov ona etiraz edib və "Yanlışdır, razılaşmıram. Əvvəl deyirdik, filankəslər sosial şəbəkədə trenddir, amma efirdə görmürük, şükür. Deyirdilər, efirə çıxanlar sanballıdır. Efir ilə sosial şəbəkəni eyniləşdirə bilmərik" sözlərini söyləyib.

Zaur isə "Sosial şəbəkə ilə efir eyni deyil. Amma onlar sosial şəbəkədə trend olur. Onlar televiziyada trend olmur, yutubda olur. Düşünürsünüz ki, dünən çıxıb iki mahnı oxuyan musiqini kölgədə qoyacaq? əsla, bundan narahat olmayın" cavabını verib. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO