Aygün Kazımovadan Filipp Kirkorovla bağlı suala CAVAB

Aygün Kazımovadan Filipp Kirkorovla bağlı suala CAVAB

Hazırda oxunan: Aygün Kazımovadan Filipp Kirkorovla bağlı suala CAVAB
204095
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Aygün Kazımova Bakıda keçirən "Dream Fest" musiqi festivalının final günü səhnəyə çıxıb.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, pop kraliça səhnə öncəsi qırmızı xalçaya çıxıb və jurnalistlərin suallarını cavablandırıb. Müğənni bildirib ki, gecə üçün xüsusi hazırlaşıb və 3 geyim seçib.

Kazımova bunun üçün məşhur modelyer Rüfət İsmayılla çalışıb:
 

"Son dəqiqəyə qədər geyimlər üstündə çalışıldı. Nələrsə son anda dəyişilirdi. Bütün obrazlarım üstündə günlərlə çalışılıb. Gecədə sürprizlər də, "S.O.S" da olacaq".


Yeniliklərindən danışan A.Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorovla yenidən duet planının olub-olmaması haqda suala "Dünyaşöhrətli dostlarımla hər zaman duetlər planlaşdırıram. Planımda bir duet də var. Artıq mahnı da hazırdır. Mən Rusiyanın Kralı ilə (Xalq artisti Filipp Kirkorovu nəzərdə tutur - red.) oxumuşam" cavabını verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO