Afət Fərmanqızı Xalq artistini AŞAĞILADI - “Vannaya uzanan 78 yaşlı....” - VİDEO

Hazırda oxunan: Afət Fərmanqızı Xalq artistini AŞAĞILADI - “Vannaya uzanan 78 yaşlı....” - VİDEO

19882

Müğənni Afət Fərmanqızı növbəti açıqlamaları ilə qalmaqalın əsasını qoyub.

Bizim.Media xəbər verir ki, müğənni adını açıqlamadığı Xalq artistinin ünvanına xoşagəlməz və sərt ifadələr işlədib.

“Aparıcı mənə sual verdi ki, ikinci uşaq istəyərdinizmi? Mən də cavab verdim ki, istəyirdim, Allah da vermişdi, amma imtina etdim. Bir də gördüm səhifələr yazıb:

“ Afət Fərman qızı efirdə abort etdiyini dedi”. Amma 78 yaşlı vannaya uzanan Xalq artisti var.  Çıxır biabırçı- biabırçı deyir ki, uşağı tələf etdim.

Bunu Xalq artisti söyləyəndə deyirlər ki, tələf etdi, amma mənimki abort olur. Niyə?”-deyə Fərmanqızı deyib.

Müğənni adını çəkmək istəmədəyi Xalq artistinin evlilik məsələsi ilə bağlı da müqayisə aparıb.

“78 yaşlı vannaya uzanan deyir ki, 2 dəfə qanuni, 1 dəfə qeyri-qanuni ərdə olmuşam. Bunu mən desəydim deyərdilər ki, bic doğdu”.

Qeyd edək ki, stilist Anarın aparıcısı olduğu verilişdə Xalq artisti Flora Kərimova abort etdirdiyi söyləmişdi. Bundan başqa sənətkar ailə həyatı qurduğu şəxslərlə bağlı müəyyən açıqlamalar vermişdi.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO