Nura Suri: “Çalışın varlı olun, yaxşı insan olmasaz da olar” - FOTO

Nura Suri: “Çalışın varlı olun, yaxşı insan olmasaz da olar” - FOTO

Hazırda oxunan: Nura Suri: “Çalışın varlı olun, yaxşı insan olmasaz da olar” - FOTO
19506
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Xoşbəxtlik pulda deyil" cümləsi bu gün üçün mənasızdır. Sevgini də, hörməti də, sağlamlığı da, xoşbəxtliyi də yalnız pulla almaq mümkündür. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri özünün Facebook səhifəsində yazıb.

“Pulun varsa, xəstələnəndə ən yaxşı xəstəxanada müalicə ala bilirsən, ən bahalı (Avropa üçün istehsal olunan) dərmanı ala bilirsən. Övladının istək və arzularını həyata keçirib onu sevindirirsən və özün onun sevincindən xoşbəxt olursan. 

Sevgilinlə ən gözəl yerlərdə şam yeməyi, alış-veriş, səyahət hər ikinizi xoşbəxt edir. İdmanla məşğul ola bilirsən, hətta idman zalları bağlı olsa da. Çünki öz evində idman zalı qurmaq imkanın var, məşqçi də sənin evinə gəlir.

Haqsızlığa uğrayanda ən yaxşı hüquqşunası özünə vəkil edə bilirsən, haqqını tələb edə bilirsən. Kasıbların heç adi vəkilə belə verəcək artıq pulu olmur. Haqq-ədalət onlar üçün çox vaxt yalnız filmlərdə səslənən kəlmələrdir. 

Çalışın varlı olun, yaxşı insan olmasaz da olar. Pulunuz varsa, hamı sizə "xanım", "bəy" deyə müraciət edib yaltaqlanacaq.

Pulunuz varsa, xoşbəxt ola bilərsiz. Xoşbəxt insanın isə sizin onun haqqında nə düşündüyünüz heç vecinə deyil. O heç sizi düşünmür də. 

Həyatda puldan başqa ən vacib olan isə uğurdur. Hər bir işdə uğurun rolu böyükdür. Özümə və sizə varlı və uğurlu olmağı arzu edirəm”, deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO