“Titanik”in məşhur aktyoru vəfat etdi - FOTO

“Titanik”in məşhur aktyoru vəfat etdi - FOTO

Hazırda oxunan: “Titanik”in məşhur aktyoru vəfat etdi - FOTO

190592

Britaniyalı aktyor Bernard Hill 79 yaşında vəfat edib.

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı aktyorun agenti yayıb.

Hill məşhur 1997-ci ildə “Oskar” mükafatına layiq görülmüş “Titanik” filmində Kapitan Edvard Smit, “Üzüklərin hökmdarı”nda isə Teoden rollarını canlandırıb.

Qeyd olunur ki, aktyor bu gün dünyasını dəyişib.

Xatırladaq ki, Hill 1944-cü ildə İngiltərənin Mançester şəhərində anadan olub. 1970-ci illərdən filmlərdə və televiziyada rol alıb. O, 11 “Oskar” almış (“Titanik” və “Üzüklərin hökmdarı: Kralın qayıdışı”) filmlərdə birdən çox rol alan yeganə aktyordur. Aktyor ilk dəfə 1982-ci ildə “Boys on the Sideline” teleserialında çəkildikdən sonra şöhrət qazanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO