"Küləyə qalib gəl" marafonuna Aygün Kazımova "start" verdi - VİDEO

Hazırda oxunan: "Küləyə qalib gəl" marafonuna Aygün Kazımova "start" verdi - VİDEO

190523

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il keçirilən “Bakı Marafonu 2024” baş tutub.

Bizim.Media xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında artıq 7-ci dəfə təşkil olunan marafon Dövlət Bayrağı Meydanından başlayıb. 

21 kilometrlik məsafəni əhatə edən yarışmanın bitəcək nöqtəsi Dövlət Bayrağı Meydanında olacaq.

200-dən çox fəxri qonağın və 6 mindən çox tələbənin iştirak etdiyi marafona şou-biznesin məşhur simaları da qatılıb.
Yarışa "start" işarəsini Xalq artisti Aygün Kazımova verib. Müğənni orada həmçinin sevilən hitlərini də səsləndirib.

Qeyd edək ki, “Bakı marafonu” 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunur.
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO