Nəzakət Teymurova: “Sənəti olmayan ifaçılar efirdə oynayır, əşyalarını göstərirlər” – VİDEO 

Nəzakət Teymurova: “Sənəti olmayan ifaçılar efirdə oynayır, əşyalarını göstərirlər” – VİDEO 

Hazırda oxunan: Nəzakət Teymurova: “Sənəti olmayan ifaçılar efirdə oynayır, əşyalarını göstərirlər” – VİDEO 

189764

“Onlar böyük-kiçiyi, mədəniyyətimizi, kökümüzü başa düşmürlər. Bunu isə aparıcılar nizam-intizama salmalıdır. Onlar nə qardaşdan qorxur, nə obadan, nə də ki, eldən. Çəkinəcəyi bir yeri yoxdur. Deyir ki, gedirəm efirə, “partladacağam” orada, hər yerdə paylaşacaqlar, sosial şəbəkələrdə gündəm olacağam. Amma o düşünmür ki, oxuduğu, mədəniyyəti nədir?” 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Xanəndə sənəti olmayan ifaçılara efirlərdə şərait yaradılmasına etirazını bildirib:

“İnsanın sənəti olmalıdır. 2-3 dəfə gözəlliyimlə efirə çıxıramsa, bəs, bir az sonra necə olacaq? Bu verilişdə də görürəm, gah oynayırlar, gah da üzərilərində olan əşyaları göstərirlər. İnsanın sənəti olmasa, bu cür 5 gün efirlərdə yola verə bilər”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO