Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu” – VİDEO 

Hazırda oxunan: Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu” – VİDEO 

188942

Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatı ilə bağlı gözlənilməz açıqlama verib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində mərhum həmkarının ölümünə bir televiziya aparıcısının səbəb olduğunu iddia edib. 

“Mən elə insanam ki, nə varsa, onu da deyəcəyəm. O şəxs Cavanşirə böyük dərd verdi.

Fırıldaqçı türk vardı (keçmiş kürəkəni Kemal Mustafa İbili – red.), efirlərə çıxıb yalan açıqlamalar verdi. Amma Cavanşirə ən böyük zərbəni kanalların birində çalışan bir aparıcı vurdu. Adını açıqlamayacağam. Sən öz dinini, millətini qoydun ortalığa, amma sən gerçəkləri bilmədən Cavanşiri gözdən saldın. Belə etmək olmazdı. Cavanşir hər gecə səhərə kimi söhbət edib, mənimlə dərdləşirdi. Mən onun böyük qardaşım idi. O məndən nigaran idi. Mən qaldım, o getdi... Lapdan getdi... Heç kimə əziyyət vermədi, xəstəxanaya düşmədi. Həyat yoldaşı Xalidəni də üç dəfə insult vurub. Xalidə durur, amma əri dünyasını dəyişdi”, - deyə Əli Mirəliyev vurğulayıb. 

Qeyd edək ki, C.Məmmədov bir neçə gün bundan qabaq 70 yaşında evində ürəktutmasından dünyasını dəyişib.
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO