O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Hazırda oxunan: O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

188872

Xalq artisti Aygün Kazımova 24 il əvvəl “Şəklimi çəkə-çəkə” mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib.  

Bizim.Media xəbər verir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. 

Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub. O, Şamili səhnəyə dəvət edib. Kazımova ilə Muradov səmimi şəkildə öpüşüb, görüşüblər.  

Bu anda isə monitorda sözügedən klip nümayiş olunub. Bunu görən estrada ulduzu bu 24 ildə tərəf müqabilinin xarici görünüşcə dəyişmədiyi, əksinə daha da xarizmatik olduğunu vurğulayıb. 

Həmin anları sizə təqdim edirik: 

 


 
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO