Aytən Səfərovanın yerinə o aparıcılıq edəcək - VİDEO

Hazırda oxunan: Aytən Səfərovanın yerinə o aparıcılıq edəcək - VİDEO

188316

Xəbər verdiyimiz kimi, ötən həftə avtomobilində qəzaya düşdüyü üçün Aytən Səfərovanın səhhətində problem yaranıb. Bu baxımdan o, aparıcısı olduğu “Xəbər ertəsi” verilişindən ayrılıb. 

Bizim.Media xəbər verir ki, sözügedən proqramın bugünkü bölümündə canlı efirə Aytənin yerinə verilişin redaktoru Ruzana Kərimli çıxıb.  

Xəbər şousunun digər aparıcısı Mehman Rəsulov Ruzananı tamaşaçılara təqdim edərək, bundan sonra onunla birgə verilişi aparacağını diqqətə çatdırıb.  

Həmin anları sizə təqdim edirik.

Qeyd edək ki, 17.04.2024 tarixində saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.
Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO