Türkan: “Plastik əməliyyatdan sonra özgüvənim artdı” – VİDEO 

Hazırda oxunan: Türkan: “Plastik əməliyyatdan sonra özgüvənim artdı” – VİDEO 

187750

“Sosial şəbəkələrdə müəyyən səhifələr var ki, orada mənim estetiksiz müğənni olduğumla bağlı paylaşımlar ediblər. Düşünürəm ki, bir sənətçi səhnədədirsə və xarici görünüşündə qüsur görürsə, mütləq şəkildə həkimə müraciət edərək kompleksindən azad ola bilər. Mənim həm üzümdə, həm də göz nahiyəmdə müəyyən problemlər vardı. Dəri sallanması kimi məsələ vardı. Onları əməliyyat yolu ilə aradan qaldırdım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu “7 tamam” verilişində deyib. 

Bir müddət əvvəl üzündə (üzgərmə) estetik əməliyyat keçirən sənətçi aldığı nəticədən razı qaldığını və özgüvəninin artdığını bildirib: 

“Məni əməliyyat edən həkim təbii görünüşümü qoruyub saxlayıb. Onun sayəsində üzümdə çox dəyişiklik olmayıb. Təbii olaraq qalıb. Həkimim üzümə “cool” (dəbli) görünüş verib. Xarici görünüşümlə bağlı müəyyən komplekslərim vardı. Amma əməliyyatdan sonra özgüvənim artıb”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO