Övladlığa götürdüyü oğlundan Rozaya efirdə SÜRPRİZ – VİDEO 

Övladlığa götürdüyü oğlundan Rozaya efirdə SÜRPRİZ – VİDEO 

Hazırda oxunan: Övladlığa götürdüyü oğlundan Rozaya efirdə SÜRPRİZ – VİDEO 
184396
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün doğum gününü qeyd edən müğənni Roza Zərgərliyə efirdə gözlənilməz sürpriz olunub. 

Bizim.Media xəbər verir ki, 45 yaşını “Qonaqcanlı” verilişində qeyd edən sənətçini təbrik etmək üçün onun övladlığa götürdüyü oğlu Jerar studiyaya gəlib. 

Jerarın gəlişindən bixəbər olan Roza onu qucaqlayaraq kövrəlib. Oğlundan gül dəstəsi alan Zərgərli “Bəs mənə deyirdin ki, ayağın əzilib?” deyə Jerara sual verib.

O isə cavabında “Artıq yaxşıyam. Rozanın arzuya ehtiyacı yoxdur. Sadəcə ona təşəkkür edirəm. Ona doğum günündə arzu edirəm ki, nəvələrini görsün. Bu ona bəs edər. Başqa heç nə istəmirəm” deyə fikirlərini dilə gətirib. 

Qeyd edək ki, Jerar aktyor Corc Qafarovun qardaşıdır. Qardaşları illər əvvəl Roza övladlığa götürüb. Müğənninin ilk evliliyindən isə Bənövşə adlı bir qızı var. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO