Timatidən model sevgilisinə 30 milyonluq 8 Mart HƏDİYYƏSİ - VİDEO

Timatidən model sevgilisinə 30 milyonluq 8 Mart HƏDİYYƏSİ - VİDEO

Hazırda oxunan: Timatidən model sevgilisinə 30 milyonluq 8 Mart HƏDİYYƏSİ - VİDEO
181702
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Timati ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan repçi və iş adamı Timur Yunusov 8 Mart – Beynəlxalq Qadınlar Günündə model sevgilisi Valentina İvanovaya bahalı hədiyyə edib. 

Bizim.Media xəbər verir ki, sənətçi Valentinaya lüks “Mercedes-Benz G-Class” markalı avtomobili bağışlayıb.  

Timati “təvazökar” hədiyyəsinin ətrafına ağ qızılgül ləçəkləri səpərək sevgilisinin reaksiyasını kameraya çəkib və sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Həmin görüntüləri “Instagram” səhifəsinə yayımlayan Valentina “8 Mart üçün belə bir hədiyyəm olmayıb. Təşəkkür edirəm, sevgilim, məni yenidən kosmosa göndərdin”şərhini yazıb. Sözügedən dəbdəbəli nəqliyyat vasitəsinin qiyməti 30 milyon rubldur (təxminən 561 min manat).
Qeyd edək ki, keçən il 8 Mart şərəfinə Timati sevgilisi Valentina İvanovaya bir qucaq gözəl lalələr və “Hermes” brendindən çanta hədiyyə etmişdi.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO