Tom Kruz milyonçu sevgilisindən AYRILIB 

Tom Kruz milyonçu sevgilisindən AYRILIB 

Hazırda oxunan: Tom Kruz milyonçu sevgilisindən AYRILIB 

179323

61 yaşlı Hollivud aktyoru Tom Kruz və onun 36 yaşlı yeni sevgilisi Elsina Xayrova ayrılıb. 

Bizim.Media “The Sun” nəşrinə istinadən xəbər verir ki, Tom bu addımı Elsinanın uşaqları ilə tanış olduqdan bir neçə gün sonra atıb. 

Ayrılığın təşəbbüskarı Kruzun özüdür. Nəşrin insayderlərinin bildirdiyinə görə, aktyor Elsinaya marağını itirib, lakin onunla Londonda eyni yaşayış binasında yaşadıqları üçün dostluq münasibətində qalıb. 
Qeyd edək ki, onlar dekabr ayında ukraynalı modelin ad günü gecəsində birlikdə görüntüləndikdən sonra münasibətləri haqqında danışmağa başlayıblar. Şahidlərin sözlərinə görə, cütlük bütün axşam bir-birindən ayrılmayıblar və Kruz sözün əsl mənasında Elsinaya səmimi münasibət göstərib. Bir həftə sonra aktyor onu heyran etmək qərarına gəlib və onunla görüşmək üçün Londonda “Novikov” restoranında bütöv bir mərtəbəni icarəyə götürüb. Tezliklə cütlük münasibətlərini dostlarından gizlətməyi dayandırıblar. Məxfiliyi qorumaq üçün kameralardan uzaq gəzməyə çalışsalar da, onların rəsmi olaraq birlikdə olduqları məlum olub.

İnsayderlər bildiriblər ki, Tom Kruz Elsina ilə Londondakı kafelərin birində tanış olub. 

Məlumat üçün bildirək ki, Elsina əvvəllər rusiyalı iş adamı Dmitri Tsvetkovla evli olub. Onlar 2021-ci ildə boşanıblar və uzun müddət Londondakı malikanə və çox milyardlıq əmlakı paylaşıblar. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO