Gülay: “Kamillə mən insanlara maraqlıyıq” – VİDEO 

Gülay: “Kamillə mən insanlara maraqlıyıq” – VİDEO 

Hazırda oxunan: Gülay: “Kamillə mən insanlara maraqlıyıq” – VİDEO 

178415

Müğənni Gülay Zeynallı həyat yoldaşı Kamil Zeynallıdan söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində bildirib ki, fitnes məşqçi həyat yoldaşı Kamil Zeynallı ilə cəmiyyət arasına bir yerdə çıxanda hər kəsin diqqəti onlarda olur. 

“Kamili də, məni də sevən insanlar çoxdur. Biz birlikdə olanda insanlar üçün çox maraqlı olur. Məsələn, qızım Sahilə o gün dərsdən çıxıb atası ilə restorana yemək yeməyə gedib. Mən də işlərimi yekunlaşdırıb onlara qoşuldum.
Görürəm ki, ətrafdakı insanlar yeməyi bir kənara qoyub bizə baxırlar. Biz insanlara maraqlıyıq. Onlar bizi sevir və diqqət ayırır.

Göz önündə və diqqət mərkəzində olmağı çox sevirəm. Həm mən, həm də Kamil birdən-birə bu yerə gəlib çıxmamışıq. Hər ikimizin çox böyük əziyyətimiz və zəhmətimiz olub. Əgər biz bugünkü gün bunun bəhrəsini görürüksə, bu bizə yalnız xoşbəxtlik verə bilər”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO