Aysun İsmayılova ikinci dəfə AİLƏ QURDU - FOTO

Aysun İsmayılova ikinci dəfə AİLƏ QURDU - FOTO

Hazırda oxunan: Aysun İsmayılova ikinci dəfə AİLƏ QURDU - FOTO

178194

Müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun ikinci dəfə ailə qurub.

Bizim.Media xəbər verir ki, bu haqda Aysun sosial şəbəkə hesabında özü məlumat yayıb.

Rəqsanənin qızı nikahı zamanı çəkilən fotoları izləyiciləri ilə bölüşərək bir neçə ay əvvəl ailə qurduğunu açıqlayıb:

"Şəxsi həyatımla gündəmə gəlmək istəmirdim. Bir neçə ay əvvəl ailə həyatı qurmağıma baxmayaraq, paylaşım etməmişdim. Lakin bununla bağlı sosial şəbəkə hesabımın şərh və mesaj bölümünə çox sayda sual daxil olduğu üçün bu xoşbəxtliyimi bütün sevənlərimlə "Sevgililər günü"ndə bölüşmək istədim. Xoşbəxtlik sakitliyi sevir".

Aysun paylaşdığı fotolarda həyat yoldaşının üzünü gizlədib.

Qeyd edək ki, Aysun İsmayılova ötən ilin mayında həyat yoldaşı Eşgin Cəlilovdan rəsmi şəkildə boşanıb. Aysunun anası müğənni Rəqsanə İsmayılova boşandıqdan sonra qızının həyat yoldaşı Eşqin tərəfindən dəfələrlə döyüldüyünü və təhqirlərə məruz qaldığını söyləyib. 
Daha sonra Eşqin hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində isə 30 sutka həbs qərarı çıxıb. Bundan sonra Aysun şikayət ərizəsini geri götürdüyü üçün Eşqin azadlığa çıxıb. 








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO