Bu da Günayın 16 saata ərsəyə gətirdiyi YENİ KLİPİ - VİDEO

Bu da Günayın 16 saata ərsəyə gətirdiyi YENİ KLİPİ - VİDEO

Hazırda oxunan: Bu da Günayın 16 saata ərsəyə gətirdiyi YENİ KLİPİ - VİDEO

177648

Bir neçə gün əvvəl 33 yaşına qədəm qoyan müğənni Günay İbrahimli yeni layihəsini təqdim edib.

Bizim.Media xəbər verir ki, sənətçi sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana məxsus "Nədir eşq?" adlı yeni mahnısını ekranlaşdırıb.

İbrahimli bu dəfə də klipinin ekran həyatını "Delee Oruclu"ya (Cavid) həvalə edib. Ekran işində 90-cı illərin ab-havası və tərzi var. 


Günay yeni klipi ilə bağlı Bizim.Media-ya açıqlamasında bunları söyləyib:

"Sözügedən ekran işi 16 saata çəkilib. Klipdə bir neçə fərqli və 90-cı illərin üslubunu xatırlayan geyimlərdən istifadə etmişəm. Bütün geyimlər isə mənim "İbrahimlee boutique"də ərsəyə gəlib. Peşəkar komanda ilə işləmək insana zövq və həvəs verir. Bu ekran işinə də böyük əmək sərf olunub. Ümud edirəm ki, tamaşaçılarımız digər kliplərim kimi bu ekran işini də və mahnımı da bəyənəcəklər".


İbrahimli başqa layihəsindən də söz açıb:

"Bu layihə ilə yanaşı daha bir "akustik" layihəyə imza atmışam. Akustik tərzdə bir-birinin ardınca mahnılar təqdim edəcəyəm. Sıradakı yeniliklərim haqda çox da məlumat vermək istəmirəm. Hələlik sürpriz olaraq qalsın".
 













Rəşad Əliyev, Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO