Aygündən ETİRAF:

Aygündən ETİRAF: "Namiqlə yaşadıqlarımızın xatirəsi gözəldir" - VİDEO

Hazırda oxunan: Aygündən ETİRAF: "Namiqlə yaşadıqlarımızın xatirəsi gözəldir" - VİDEO

175271

"Namiqlə yaşadıqlarımızın xatirəsi gözəldir. Namiqə hər gün yaşadıqlarımıza görə minnətdaram. Bizi birləşdirən yenə də musiqi oldu. Musiqiyə olan sevgimiz, istəyimiz... Yenə sevgi, görürsünüz..."

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova qonaq olduğu "7 tamam" verilişində deyib.

Duet ortağı meyxanaçı Namiq Qaraçuxurludan söz açan sənətçi bildirib ki, onları birləşdirən musiqiyə olan sevgidir:

"O zamanlarda da bizi birləşdirən musiqiyə olan sevgimiz idi. İndi yenə də bizi musiqi birləşdirdi, amma səhnədə. Çoxları üçün maraqladır bir çox şeylər... Elə qoy maraqlı olaraq da qalsın (gülür)".

Kazımova Qaraçuxulu ilə yeni layihə edərək, yenidən duet oxuyacaqlarının anonsunu verib:

"Namiqlə mən öz fəaliyyətimizi Moskvada davam etdirirdik. Vətənimizdə keçən il bir tədbirdə birlikdə iştirak etdik. Ondan sonra dəvətlər çoxaldı və "yollar açıldı". Bizi birlikdə məclislərdə görməyi daha çox istədilər. İndi çox tez-tez Namiqlə tədbirlərdə görüşürük, birlikdə çıxışlarımız olur. 

Namiqlə münasibətlərimizdə prodüser mənəm. Yapışmışam Namiqdən ki, bizə yeni duet, mahnı lazımdır. Namiq söyləyir ki, “tamaşaçılar da bunu istəyir. Amma elə bir mahnı olmalıdır ki,...”

Namiqin istedadlı olmasını elə ilk gündən söyləmişəm. Namiq "ən istedadlılardandır". Çox bacarıqlıdır və sənətkardır. Yenə də inanıram ki, o, çox gözəl bir mahnı yazacaq".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO