Mehriban Ələkbərzadə:

Mehriban Ələkbərzadə: "Ramiz Məlik tamaşada çıxış etməli idi"

Hazırda oxunan: Mehriban Ələkbərzadə: "Ramiz Məlik tamaşada çıxış etməli idi"

168999

Xalq artisti Ramiz Məliklə vidalaşanlar arasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə də olub. 

M.Ələkbərzadə Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, R.Məlik "Əsrə bərabər gün" tamaşasında çıxış etməli imiş: 

"Ramiz müəllimin bu tamaşada çıxış edəcəyinə ümid edirdik. Onun bu çıxışını videoya çəkəcəkdik. Təəssüflər olsun ki, qismət olmadı. Çox güclü, böyük sənət məktəbi keçən aktyor idi. Ramiz müəllimlə ən son bir həftə əvvəl telefonla danışmışdıq. Onu yenidən teatra dəvət etdim. Çünki “Əsrə bərabər gün” tamaşasında ona rol vermişdik. Amma o söylədi ki, səhhətim yaxşı deyil. Ötən gün isə Ramiz müəllimin həyat yoldaşı ilə danışdım. O bildirdi ki, aktyorun səhhəti kritikdir. Allah rəhmət eləsin". 

Qeyd edək ki, R.Məlik uzun sürən xərçəng xəstəliyindən sonra 80 yaşında dünyasını dəyişib. Aktyor 2-ci Fəxri Xiyabanda dəfn olunacaq. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO