Pop ulduzdan Qəzzada yaşayanlara 2,5 milyon dollarlıq YARDIM

Pop ulduzdan Qəzzada yaşayanlara 2,5 milyon dollarlıq YARDIM

Hazırda oxunan: Pop ulduzdan Qəzzada yaşayanlara 2,5 milyon dollarlıq YARDIM

167235

"The Weeknd" ləqəbi ilə dünya pop musiqisinə adını qızıl həriflərlə yazdıran Abel Makkonen Tesfay Qəzza zolağında BMT-nin Ümumdünya Ərzaq Proqramının humanitar yardımına qoşulub.

Bizim.Media "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, sənətçi bunun üçün yardımın fonduna 2,5 milyon dollar vəsait köçürüb.

Sözügedən vəsait 173 mindən çox fələstinlini iki həftə ərzində qidalandıra biləcək 820 ton ərzaq bağlamasının çatdırılmasına sərf olunacaq.
Hazırda Qəzzada 1 milyondan çox insan qida ilə bağlı problem yaşayır. Təşkilat onları müxtəlif növ konservlər, un məmulatları və çörək ilə təmin edir.

Qeyd edək ki, 2021-ci ilin yazında "The Weeknd" Efiopiyada aclıqla mübarizə aparmaq üçün BMT-nin ərzaq proqramına 1 milyon dollar ianə etmişdi.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO