Konor Makqreqor dördüncü dəfə ata oldu – FOTO 

Konor Makqreqor dördüncü dəfə ata oldu – FOTO 

Hazırda oxunan: Konor Makqreqor dördüncü dəfə ata oldu – FOTO 
166981
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

34 yaşlı keçmiş yüngül və yüngül çəkidə UFC çempionu Konor Makqreqor dördüncü dəfə ata olub. 

Bizim.Media xəbər verir ki, idmançıya yenidən ata olmaq sevincini onun sevib-seçdiyi yarı Di Devlin yaşadıb. 

Cütlüyün çoxuşaqlı valideyn olmasına rəğmən, aşiqlər hələ də münasibətlərini qanuniləşdirməyiblər.

Konor həyat yoldaşına klinikada dəstək olub. O, körpə ilə çəkdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Konor şəkillərə “Daha bir sağlam oğlan dünyaya gəldi. Di, sən mənim qəhrəmanımsan” şərhini yazıb. İdmançı sevgilisinin səhhətinin yaxşı olduğunu və körpənin 3,67 kq ağırlığında olduğunu bildirib. 

Qeyd edək ki, Konor və Dinin daha üç övladı var: altı yaşlı “Conor Jr.”, dörd yaşlı Kroya və iki yaşlı Rian. Kroya cütlüyün yeganə qızıdır.
Makqreqor sevgilisinin hamilə olduğunu iyun ayında açıqlamışdı. Dördüncü övladının doğulmasından bir gün əvvəl Konor Dinin artıq klinikada olduğunu söyləmişdi. Makqreqor eyni vaxtda iki çəki dərəcəsində yarışan ilk UFC döyüşçüsüdür. O, 2015-ci ildə yarı yüngül çəki çempionu, 2016-cı ildə isə yüngül çəki çempionu olub. 

Konor Makqreqor dördüncü dəfə ata oldu – FOTO  - foto 1
Konor Makqreqor dördüncü dəfə ata oldu – FOTO  - foto 2
Konor Makqreqor dördüncü dəfə ata oldu – FOTO  - foto 3
Konor Makqreqor dördüncü dəfə ata oldu – FOTO  - foto 4
Konor Makqreqor dördüncü dəfə ata oldu – FOTO  - foto 5
Konor Makqreqor dördüncü dəfə ata oldu – FOTO  - foto 6

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO