Paris Hilton oğlunun yeni FOTOLARINI paylaşdı

Paris Hilton oğlunun yeni FOTOLARINI paylaşdı

Hazırda oxunan: Paris Hilton oğlunun yeni FOTOLARINI paylaşdı
164431
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerikalı aktrisa və model Paris Hilton bu il yanvarın sonunda surroqat ananın köməyi ilə dünyaya gələn oğlu Fenikslə yeni fotolarını yayımlayıb. 

Bizim.Media xəbər verir ki, 42 yaşlı məşhur “Sezam küçəsi” filmindən “Korjik” personajının kostyumunda geyindirdiyi oğlu ilə obyektiv qarşısına keçib. 

“Düşünürəm ki, mən uşaq geyimlərinə aludə olmuşam. Özümü saxlaya bilmirəm!”, - deyə Paris sosial şəbəkə hesabında paylaşdığı fotolara şərh yazıb. 

Xatırladaq ki, Hiltonun bu yaxınlarda doqquz aylıq oğlunun “Burberry” kostyumunda paylaşdığı fotolar söz-söhbətə səbəb olub. Şəkillərin altında izləyicilər uşağın görünüşü və başının qəribə forması haqqında çoxlu mənfi şərhlər yazıblar. Ulduz nifrət edənlərin hücumlarına dözməyib və tənqidlərə belə cavab verib: 

“Bu dünyada nə qədər xəstə insan var. Mənim mələyim tam sağlamdır. Bəli, təbii ki, onu həkimə apardım, sadəcə olaraq böyük beyni var”. 

O vaxtdan Paris oğlunun başı örtülü fotolarını dərc etməyə üstünlük verir. Qeyd edək ki, Paris Hilton və onun çoxdankı sevgilisi Karter Reum üç illik görüşdən sonra 2021-ci ildə evləniblər. Cütlük ilk dəfə 2023-cü ilin əvvəlində valideyn olub.

Paris Hilton oğlunun yeni FOTOLARINI paylaşdı - foto 1
Paris Hilton oğlunun yeni FOTOLARINI paylaşdı - foto 2
Paris Hilton oğlunun yeni FOTOLARINI paylaşdı - foto 3
Paris Hilton oğlunun yeni FOTOLARINI paylaşdı - foto 4

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO