“Xəzər”in efirində QALMAQAL: Vüsalə Əlizadə ilə Sevil-Sevinc dalaşdı – VİDEO 

“Xəzər”in efirində QALMAQAL: Vüsalə Əlizadə ilə Sevil-Sevinc dalaşdı – VİDEO 

Hazırda oxunan: “Xəzər”in efirində QALMAQAL: Vüsalə Əlizadə ilə Sevil-Sevinc dalaşdı – VİDEO 

161769

Aparıcı Vüsalə Əlizadə ilə müğənnilər Sevil və Sevinc Səfərova arasında qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, V.Əlizadə aparıcısı olduğu “İncə səhər” verilişində proqramda qonaq olan əkiz bacılardan yemək hazırlamalarını istəməyi qarşı tərəfin etirazı ilə qarşılanıb. 

Sevil və Sevinc proqrama yemək bişirməyə deyil, mahnı oxumağa gəldiklərini deyiblər. 

“Yeni veriliş olduğu üçün sevə-sevə gəldik. Bura gəliriksə, hazırlaşırıq, günlərlə geyimin yoxlanılmasına gedirik. Mən müğənniyəm. Bizim mətbəxdəki qabiliyyətimizi hamı bilir. Efirə salat hazırlamağa gəlmirəm. Oradan oxuyursan, buradan salat düzəldirsən. Düzgün deyil”. 

Əlizadə isə bacıların etirazına “Burada Xalq artisti belə yemək hazırlayıb. Verilişə gəlmisinizsə, formata hörmət edin” söyləyərək cavab verib. 

Müğənni bacılar isə sözügedən məsələ ilə bağlı iştirak etdikləri verilişin heyəti ilə əvvəlcədən danışdıqlarını və xəbərdarlıq etdiklərini söyləyiblər. Vüsalə bacıların bu çıxışına əsəbiləşərək “İşdən də danışdıq, şoumuzu da göstərdik. Gedişatımız belədir. Sizdən əvvəl sənətə gələn müğənnilər də bunu edib. Belə bir iradın olduğu mənə əvvəlcədən xəbər verilməlidir. Bizə hörmətsizlik oldu” sözlərini dilə gətirib. 

Aparıcının bu fikirlərinə Sevil və Sevinc “Hörmətsizlik deyil. Mən də aparıcı olmuşam, qonağıma hörmət etmişəm. Burada tamaşaçı qarşısında bizi belə təqdim edirsiniz. Bizim yox, komandanızın problemidir” fikirlərini vurğulayıblar. 
Proqramın gedişatında aparıcı ilə müğənnilərin aralarında gedən söhbət efirdə səssiz şəkildə yayımlanıb. Onların mikrofonları səs rejissoru tərəfindən söndürülüb. V.Əlizadə yaranan gərgin dolu anlardan hiddətlənərək “Aparıcı stajım da, yaşım da sizdən çoxdur. Gedişatı bilirəm, formatımız budur” deyərək məsələyə nöqtə qoymağa çalışıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO