Günay Musayeva Gürcüstanda EV ALIB – VİDEO 

Günay Musayeva Gürcüstanda EV ALIB – VİDEO 

Hazırda oxunan: Günay Musayeva Gürcüstanda EV ALIB – VİDEO 

156456

Türkiyədə yaşayıb və orada modellik fəaliyyətini uğurla davam etdirən Günay Musayeva uzun müddətdən sonra gün üzünə çıxıb. 

Bizim.Media xəbər verir ki, podium ulduzu jurnalistlərin qarşısına çıxaraq Gürcüstanda ev aldığını açıqlayıb. 

“Gürcüstana təməlli köçməmişəm, amma gedib-gəlirəm. Gürcüstanda da evim var. Ayın bir həftəsini mütləq orada qalıram. Amma digər günləri Türkiyədə və başqa xarici ölkələrdə keçirirəm. Gürcüstanda birgə çalışdığım insanlar var”, - deyə Musayeva bildirib. 

Uzun illərdir sevə-sevə çalışdığı modellik sahəsindən küsdüyünü söyləyən Musayeva Türkiyədəki bir çox məşhur modellərin ulduzunun sönməsini və gündəmdən düşdüyünün səbəblərini dilə gətirib: 

“Bəzi modellər model peşəsini bitirib. Əvvəlki hal qalmayıb. Mən daha çox xaricdə podiumlara çıxıram. Türkiyədə əvvəlki kimi deyil. Özləri adiləşdirir. Hər kəs öz işinə hörmət edərsə, daha gözəl olar. Xaricdə daha çox ciddilik var. Türkiyədə isə kim kiminsə tanışıdırsa, önə keçirilir. Bu da peşədən soyumağa səbəb olur. Modellərin öz peşələrinə hörmət etmədiyini düşünürəm.

Əgər işinə hörmət qoysan, işin də yaxşı gedər. Bu isə bir nümunə, örnək olur. Xaricdə isə sənin bacarığına baxırlar. İndi yarışmalar, mükafatlandırmaların çoxusu maddiyata bağlıdır. Hər kəs “şahzadədir”, haqqı olmayan yarışmanı qazanır. Artıq “Miss Turkey” və digər yarışmaların da mənası qalmayıb. Belə olanda isə öz işlərini gözdən düşürürlər”. 
Qeyd edək ki, Günay Musayevanın Cahangir adında bir oğlu var.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO