
- A-
- A
- A+
Şoutaym
10:48 / 15.09.2023
1 dəq oxunma
Azərbaycanlı müğənni 1,2 milyonluq lüks avtomobili ilə Moskva küçələrində ŞÜTÜDÜ – VİDEO
Hazırda oxunan: Azərbaycanlı müğənni 1,2 milyonluq lüks avtomobili ilə Moskva küçələrində ŞÜTÜDÜ – VİDEO
155290
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov Moskva küçələrində lüks idman avtomobili ilə görüntülənib.
Bizim.Media xəbər verir ki, sükanı arxasında əyləşən sənətçi yol kənarında onu gözləyən dostunun yanına “Lamborghini aventador” markalı dəbdəbəli nəqliyyat vasitəsi ilə gəlib.
Küçələrin birində tıxacda qalan Nəvai sərvət dəyərində avtomobili ilə ətrafdakılara “göz dağı verib”.
Dostunun çəkdiyi kadrları isə Bəkirov sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb. Müğənni bu paylaşımına isə “O buradadır. Küçələrin əfsanəsi Nəvai” sözlərini yazıb.
Qeyd edək ki, dünyada cəmi 800 ədəd “Lamborghini aventador”dan birinə sahiblənən avtomobilə müğənni 1,2 milyon manat pul ödəyib.
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































