İradədən ərinə doğum günü TƏBRİKİ - FOTO 

İradədən ərinə doğum günü TƏBRİKİ - FOTO 

Hazırda oxunan: İradədən ərinə doğum günü TƏBRİKİ - FOTO 

150197

Müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə bağlı diqqət çəkən paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi ərinin doğum günü olmasını yazaraq, sosial şəbəkə hesabında təbrik postu yayımlayıb.  

İradə uşaqları İpək və Əli, eləcə də əri Ceyhunla masa ətrafında toplaşaraq bir araya gəliblər. Həyat yoldaşı onun üçün xüsusi hazırlanan tortun üzərində olan şamları üfürüb. Həmin anları isə İbrahimova çəkərək izləyiciləri ilə bölüşüb.  
Müğənni paylaşımına "Məgər biletimi pəncərə tərəfdən almışam və ruhumu bir ömür, güvənlə, sevgiylə, sevinclə söykəmişəm. O bilir ən böyük duamı, diləyimi... Mübarəksən, sevgilim!" sözlərini yazıb.

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Cütlüyün 2010-cu ildə İpək adlı qız övladı dünyaya gəlib.  

2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlunu dünyaya gətirib.    










Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO