Hiss

Hiss "Mənə pis olma" dedi - VİDEO

Hazırda oxunan: Hiss "Mənə pis olma" dedi - VİDEO

150122

Hiss ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədli 8 aydan sonra yeni layihəsini təqdim edib.

Bizim.Media xəbər verir ki, ifaçı musiqisi və sözləri YAP10-a (Zamiq Əliyev), aranjimanı isə Nihad Məlikova məxsus olan  "Mənə pis olma" adlı yeni mahnısını ekranlaşdırıb.

Çəkilişləri Türkiyənin Antalya şəhərində baş tutan klipin rejissorluğu İsmayıl Eren Yalçına həvalə olunub.

Ekran işində Hiss bir-birindən fərqli obrazlar yaradıb.

Müğənni bu nəğməsini "Yayın son hiti" adlandırıb. 

Klip Hissin rəsmi "Youtube" kanalında, mahnı isə bütün rəqəmsal musiqi platformalarında yer alıb.


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO