Niyam: “Aynur oxuyanda mən “Havayka” köynəkdə Masallıda gəzirdim” - VİDEO

Niyam: “Aynur oxuyanda mən “Havayka” köynəkdə Masallıda gəzirdim” - VİDEO

Hazırda oxunan: Niyam: “Aynur oxuyanda mən “Havayka” köynəkdə Masallıda gəzirdim” - VİDEO

133005

Müğənni Niyam Salami hazırda küsülü olan duet ortağı Aynur Dadaşova ilə münasibətlərindən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda xanım həmkarı ilə dostluqlarının bitməsini aralarındakı iş müqavilələrinin bitməsi ilə “ört-basdır” edib. 

“Aynur Dadaşova uşaq olsaydı, əlindən tutub harasa aparardım. Aynur Dadaşova oxuyanda mən “Havayka” köynəkdə Masallıda gəzirdim. Aynurla müqaviləmiz bitdi. 50 il ailəli olan, uşaqları əsgər gedən insanlar da ayrılırlar. Deyirlər ki, münasibətimiz düzgün formalaşmadı. Elə də biz”, - deyə Niyam vurğulayıb. 
Qeyd edək ki, Aynur Dadaşova ilə Niyam Salaminin dostluqlarının bitməsinə səbəb xanım müğənnin həmkarına düşmən kəsilən şəxslərlə restoran açması olub. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO