Ayan şəhidlərə görə doğum gününü təxirə saldı - FOTO

Ayan şəhidlərə görə doğum gününü təxirə saldı - FOTO

Hazırda oxunan: Ayan şəhidlərə görə doğum gününü təxirə saldı - FOTO

130275

Bu gün doğum günü olan müğənni Ayan Babakişiyeva Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizin ruhunu əziz tutaraq, ad günü keçirməkdən imtina edib.  

Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında status yazıb. 

“Bu gün doğum günüm olsa da, Vətənim üç şəhid verdiyi ərəfədə mən ad günü nəyin ki qeyd edə bilərəm, heç bu barədə düşünə də bilmərəm. Bir Allah bilir ki, Müdafiə Nazirliyinin yaydığı xəbərləri necə ürəkağrısı və həyəcanla oxuyurdum. Üç şəhidimiz var. Onlara Allahdan rəhmət, ailələrinə, doğmalarına səbr diləyirəm.

Bu, mənə yad hisslər deyil.  Bu gün biz rahat yaşayırıqsa, bu, Vətən keşiyində duran mərd oğulların, igid əsgərlərimizin sayəsindədir.

Düşmənlə üzbəüz duran  hər bir hərbçilərimizin sağ-salamat evlərinə dönmələrini arzu edirəm. Ötən gecə həm də Qədr gecəsi idi. Ailəliklə birlikdə əsgərlərimiz üçün dualar etdik. Allah hər birinin yardımçısı olsun. Doğum günümü təbrik edən hər kəsə isə minnətdarlığımı bildirirəm”, - deyə Ayan vurğulayıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO