Əməkdar artist: “Xanımım məni körpə uşaq kimi əzizləyir” - VİDEO

Əməkdar artist: “Xanımım məni körpə uşaq kimi əzizləyir” - VİDEO

Hazırda oxunan: Əməkdar artist: “Xanımım məni körpə uşaq kimi əzizləyir” - VİDEO
130131
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kişi gərək elə olsun ki, xanımını hər zaman əziz tutsun. Etiraf edirəm ki, həyat yoldaşımı canımdan daha çox sevirəm. Göydə Allah, yerdə isə məni yaşadan xanımımdır. Allah səni mənə, məni də sənə çox görməsin”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev qonaq  olduğu “Günün sədası” verilişində deyib. 

Xanımının qayğıkeşliyindən söz açan sənətçi bildirib ki, həyat yoldaşı onu körpə uşaq kimi əzizləyir:  

“Ona görə ömrümü ona borcluyam. İnsanlar mənə deyirlər ki, sən hər zaman səliqəli geyinirsən. Bunu da xanımın edir? Evimizə, otağımıza girsəniz, o səliqəni orada da görərsiniz. Allah sənin üzünü ağ etsin (xanımına müraciət edir – red.). Övladlarıma gözəl tərbiyə verib. Mən ailəm üçün deyil, nəslim üçün yaşamışam. Övladlarım ağıllıdır. Bu da xanımıma görədir.
Mən sizdən çox razıyam. Qayınanam Raya xanıma sağol deyirəm. Onun səkkiz övladı var. Baldızlarım da ailələrində xanımım kimi qayğıkeşdir. Bunlar ürəyimdən gələn sözlərdir. Atam, anam, qayınatam dünyasını dəyişib. Kürəkənlər, oğullar yığışırıq qayınanam Raya xanımdan ata-ana qoxusu alırıq. Allah onu bizə çox görməsin”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO