İradə İbrahimovadan doğum günü ilə bağlı PAYLAŞIM - FOTO

İradə İbrahimovadan doğum günü ilə bağlı PAYLAŞIM - FOTO

Hazırda oxunan: İradə İbrahimovadan doğum günü ilə bağlı PAYLAŞIM - FOTO

128854

Xəbər verdiyimiz kimi, ötən gün müğənni İradə İbrahimovanın doğum günü olub. Özəl gününü ailə üzvləri ilə birlikdə evdə keçirən sənətçi çəkdirdiyi şəkilləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Bizim.Media xəbər verir ki, estrada ulduzu paylaşdığı fotoları şərh edib.

“Tək deyiləm, mənim kimi gözəl niyyəti olan insanlar da var. Haradan bilirik, bəlkə oxşar niyyətlər qarşılaşacaq və birləşib öz məkanına çatacaq”, deyə o yazıb.

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. 

Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladı dünyaya gətirib. 

Hazırda İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO