Günay Musayevadan zəlzələdə evini itirən bir ailəyə DƏSTƏK - FOTO

Günay Musayevadan zəlzələdə evini itirən bir ailəyə DƏSTƏK - FOTO

Hazırda oxunan: Günay Musayevadan zəlzələdə evini itirən bir ailəyə DƏSTƏK - FOTO

119480

Türkiyədə yaşayıb, orada modellik fəaliyyətini uğurla davam etdirən azərbaycanlı model Günay Musayeva da zəlzələdən zərər çəkənlərə yardım edəcək. 

Bizim.Media xəbər verir ki, bu haqda model sosial şəbəkə hesabında məlumat verib. 

Musayeva zəlzələ bölgəsində evi dağılan bir ailənin bir illik kirayə pulunu ödəməyi üzərinə götürəcəyini açıqlayıb: 

“Evi zərər görən, evsiz qalan bir ailənin yerləşə biləcəyi yeni bir mənzilin bir illik kirayəsini öhdəliyimə götürmək istəyirəm. Tanıdığınız, bildiyiniz, eşitdiyiniz ehtiyac sahiblərinə çatdırmağınız diləyilə”. 
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin 14 351-ə, yaralananların sayı isə 63 794-ə çatıb. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO