Flora Kərimova:

Flora Kərimova: "Qızım dedi ki, iki müəllimə sənin qeybətini edirdi" - VİDEO

Hazırda oxunan: Flora Kərimova: "Qızım dedi ki, iki müəllimə sənin qeybətini edirdi" - VİDEO
114402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bir dəfə gördüm ki, qızım Zümrüd çox peşman gəlib. O, universitetdə dövlət imtahanını verirdi. Qızım dedi ki, qulağıma sənin adın gəldi. Sən demə, iki müəllimə sənin qeybətini edirdilər. Qızım dövlət imtahanının biletini qoyub, çıxıb gedib. Ondan sonra bir ay zəng elədilər, qızım dedi ki, getmirəm. Amma sonda imtahana getdi. Onun acığını da çıxdılar. Hamıya diplom verdilər qızımdan başqa”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova qonaq olduğu “YouTube”da yayımlanan “Astar” layihəsində deyib.

81 yaşlı sənətkar bildirib ki, qızı Zümrüd hələ də ilk həyat yoldaşının qaynanası ilə xoş münasibətdədir.

“Zümrüdlə evlənmək istəyən çox bəy var idi. O xaricə getdi. Amma onun oxu daşa dəydi (birinci evliliyi – red.). Çox gözəl ailə idi. Hətta keçmiş qaynanası ilə indiyə kimi ünsiyyətdədir. Ona əvvəldən dediyi kimi indi də “ana” deyərək müraciət edir. Telefonla danışırlar.

Burada konsertlərdə çıxış edəndə o çəkib Zümrüdə göndərirdi. Münasibətləri yaxşıdır. Qızım o illərə, yediyi çörəyə, qaynanasının tərəfindən münasibətə nankor olmadı”, - deyə F.Kərimova vurğulayıb.
Qeyd edək ki, Zümrüd İngiltərədə yaşayır və orada ikinci dəfə ailə həyatı qurub. Bir neçə ay əvvəl onun ilk övladı dünyaya gəlib. Xalq artistinin Oktay adlı oğul övladı da var. O isə Almaniyada yaşayır.

Rəşad Əliyev, Bizim.Media
 



Flora Kərimova:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO