Elgiz:

Elgiz: "Günay Musayevanı böyük səhnəyə mən gətirmişəm" - VİDEO

Hazırda oxunan: Elgiz: "Günay Musayevanı böyük səhnəyə mən gətirmişəm" - VİDEO

108308

Aparıcı Elgiz Əkbər Türkiyədə yaşayan model Günay Musayeva ilə bağlı iddialı açıqlama verib.

Bizim.Media xəbər verir ki, Elgiz aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində bildirib ki, Günayı modellik biznesinə o gətirib.

"Günay Musayevanı model olmağa mən inandırmışam və böyük səhnəyə mən gətirmişəm. Günay bu haqda özü heç vaxt danışmır. Amma qoy bunu hamı bilsin. Onun uğurlarına çox sevinirəm. Günay dünyanın bir çox model müsabiqələrində iştirak edib.

O zamanlar mən dərgilərin birində jurnalist kimi çalışırdım. Ona model olmağı təklif etdim. Günayın ağlına belə gəlməzdi ki, o model olacaq. O müğənni olmaq istəyirdi. Səhnəyə çıxmaq idi arzusu. Yatıb yuxusuna da girməzdi ki, nə zamansa model olacaq və uğurlara imza atacaq.
Dedi ki, modellikdən heç anlayışım yoxdur. Onu model kimi yetişdirdim müəllim yanına apardım, çalışdığım dərginin üz qabığına çıxartdım. Günay Musayeva sırf mənim layihəmdir.

Günayı Türkiyəyə mən aparmışam. Dəvət elədilər bizi, bir yerdə getdik", - deyə Elgiz vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO